"Boka Xuniors"un müdafiəçisi Valentin Barko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder German Qarsiya Qrov sosial şəbəkə hesabı vasitəsilə yayıb.
Mənbənin məlumatına görə, tərəflər tezliklə danışıqlara başlayacaqlar.
"Mançester Siti"nin 19 yaşlı futbolçunu öz sıralarında görməkdə israrlıdır. "Şəhərlilər"in 2022-ci ilin fevralından argentinalını izlədiyi bildirilir.
Barko ötən mövsüm 18 görüşdə meydana çıxaraq 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa