AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya, 16-da evdə Avstriya ilə qarşılaşacaq Azərbaycan millisinə yeni futbolçu dəvət olunacaq.
Fanat.Az-ın məlumatına görə, bu, "Sabah"ın yeni transferi Ayaz Quliyevdir.
26 yaşlı Ayaz artıq Azərbaycan vətəndaşlığını qəbul edib. Baş məşqçisi Canni De Byazi ona məhz oktyabrda yığmada debüt imkanı yaratmağı planlaşdırır. İtaliyalı mütəxəssis planı barədə futbolçunun özünü də məlumatlandırıb.