"Roma"nın canlı əfsanəsi Françesko Totti doğma klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "Forza Roma"ya bu barədə danışaraq təklif aldığını etiraf edib:
"Mourinyu mənim "Roma"da olmağımı istəyir? Mən də belə düşünürəm. Onunla bu barədə danışdıq. Mən də razı olduğumu bildirdim. Dedi bir qədər gözləyək görək necə olur. "Roma üçün darıxıram".
Françesko Totti bütün peşəkar futbolçu karyerasını - 1993-cü ildən 2018-ci ilə kimi "Roma"da keçirib. O, "canavarlar"ın heyətində 785 oyun keçirib, 307 qol vurub və 209 məhsuldar ötürmə verib. Karyerasını başa vurduqdan sonra Totti bir il klubun strukturunda çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl komandanın baş məşqçisi Joze Mourinyu Tottini paytaxt klubunda görmək istədiyi bildirmişdi.
Mirağa