İngiltərə millisinin və "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ona ünvanlanan tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
“Deməzdim ki, psixoloji təzyiqdən əziyyət çəkən insanam. Son illərdə çox şey yaşadım, təxminən dörd il “Mançester Yunayted”in kapitanı olmuşam. Belədə, üzərinə böyük məsuliyyət götürürsən. İngiltərə yığmasındakı karyeram da klub kareyram qədər önəmlidir.
Premyer Liqanın ilk dörd turunda start "11-lik"də olmayanda hər şey düşünürdüm. Mən futbol oynamaq istəyirəm. İlk həftələr çətin alındı, çünki həftədə bir oyun keçirirdik və məşqçi adımı start heyətə salmadı. Ancaq qarşıda çoxlu matçlarımız var və mən çox oynayacağıma əminəm”.
Nihat