İngiltərədə avqust ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqanın mətbuat xidməti yayıb.
"Tottenhem"inin yeni transferi Ceyms Meddison bu ada layiq görülüb.
O, ötən ay çempionatda 3 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Medison komandasının 9 mümkün xaldan 7-ni qazanmağa yardım edib.
Xatırladaq ki, “Tottenhem” Ceyms Meddisonu 2023-cü ilin yayında “Lester”ə 46 milyon avro ödəyərək alıb.
Mirağa