"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri müdafiəçi Leonardo Bonuççinin klubdan getməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Correire Dello Sport" onun dediklərini belə çatdırıb:
“Bonuççi? Düşünürəm ki, nəsə deməyə, nəsə əlavə etməyə dəyməz. Ona yalnız karyerasında uğurlar arzulaya bilərəm. İnsanlar məni yalançı adlandıranda incimirəmmi? Dostlarım mənə Buratino deyirlər. Bonuççi paltardəyişmə otağında daxili çaxnaşma yaratmırdı. Getməsi normal bir qərar idi. İndi o, Çempionlar Liqasında çıxış edən komandaya keçib. Bu, motivasiya baxımından vacib məqamdır”.
Xatırladaq ki, Bonuççi bu yay “Yuventus”dan ayrılaraq Almaniyanın "Union" klubuna keçib.
Nihat