"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın vingeri Lamin Yamal ilə əlaqə saxlayaraq onun "Mançester Siti"yə keçmək variantına necə baxdığı ilə maraqlanıb.
Fanat.Az "Marca"ya ("Marka") istinadən xəbər verir ki, 16 yaşlı oyunçu "Barselona"da qalmaq istədiyini söyləyərək mütəxəssisin təklifini rədd edib.
Xatırladaq ki, Yamal İspaniya millisinin heyətində debüt edib sentyabrın 8-də debüt edib. O, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Gürcüstan ilə səfər matçında oynayıb və qol vurub. Lamin bu mövsüm futbolçu La Liqada 4 matçda iştirak edib və bir məhsuldar ötürmə müəllifi olub. Dörd tura 10 xal toplayan "Barselona" hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Nihat