Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq üçün növbəti cəhdini edib.
Fanat.Az "WP SportoweFakty" nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis polşalılara növbəti dəfə öz xidmətini təklif edib.
Xəbərə görə, italiyalının cəhdi səmərə verməyəcək. Belə ki, Polşa Futbol Assosiasiyasının (PFA) prezidenti Sezari Kuleşa komandanı yerli mütəxəssisə tapşırmaq niyyətindədir. Funksioner bu posta Marek Papszun və Mixal Probeji daha layiqli namizəd sayır.
PFA sentyabrın 13-də portuqaliyalı Fernandu Santuşu istefaya göndərib.
Canni De Byazinin adı ötən ilin dekabrında da bu yığma ilə yanaşı çəkilib.