Türkiyə Super Liqasının təmsilçiləri yay transfer dönəmində futbolçu transferlərinə rekord məbləğdə pul xərcləyiblər.
Fanat.Az "Sabah"a istinadən xəbər verir ki, elita klubları yeni oyunçuların alınması üçün ümumilikdə 147,1 milyon avro sərf ediblər.
Bu, Super Liqa tarixinin ən yüksək göstəricisidir.
Bundan əlavə, klublar oyunçu satışından 114,3 milyon avro gəlir əldə ediblər. Bunun isə 56,8 milyon avrosu "Fənərbağça"nın payına düşüb.
Qeyd edək ki, bu yay 20 komandaya 267 oyunçunun transfer olunub.