Fransa təmsilçisi "Olimpik Lion"un yeni baş məşqçisi olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, İtaliyalı mütəxəssis Fabio Qrossodur.
Tərəflər 1+1 illik anlaşmaya imza atıb. Qrosso sentyabrın 18-də mətbuata təqdim olunacaq. Təqdimat zamanı italiyalının köməkçilərinin də kimliyi açıqlanacaq.
Qrosso 2007-2009-cu illər aralığında "Lion"un formasını geyinib. O, 2012-ci ildə kareyrasını bitirəndən sonra "Yuventus"un gəcnlərdən ibarət komandasını, eləcə də "Bari", "Verona", "Breşia" və "Syon"u çalışdırıb. İtaliya millisinin sabiq üzvünün son iş yeri "Frozinone" olub. 45 yaşlı çalışdırıcı "sarı-göylər"i ötən mövsüm İtaliya B Seriyasında çempion edərək elitaya yüksəldib.
Qeyd edək ki, Qrosso İtaliya millisinin heyətində DÇ-2006-nın qızıl medalını qazanıb.
Nihat