Dortmund "Borussiya"sında çıxış edən 34 yaşlı müdafiəçi Mats Hummels cari mövsümün sonunda futbolçu karyerasını başa vura bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Təcrübəli futbolçu ilə dortmundlular arasında hazırki müqavilənin müddəti gələn ilin ortalarına qədərdir. Hummels 2019-cu ildən "Borussiya"da çıxış edir. O, bu mövsüm Almaniya Bundesliqasında üç oyun keçirib və bu matçlarda iki qol vurub.
"Borussiya" Almaniya çempionatının dörd turundan sonra səkkiz xal toplayıb və şərikli liderlər - "Bayer Leverkuzen" və "Bayern Münhen"dən cəmi iki xal geri qalır.
Mirağa