21:26 19.09.2023 441

I Liqada mövsümün ilk cəzaları

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda I Liqanın 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Karvan” – “Mingəçevir” oyununda “Karvan” klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb,  “Karvan” klubu 350 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununun 65-ci dəqiqəsində “Mingəçevir” klubunun 22 nömrəli qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Mingəçevir” klubu 300 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Mingəçevir” klubu 300 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Mingəçevir” klubu 150 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Mingəçevir” klubuna xəbərdarlıq edilib.

“Karvan” – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.

“Zaqatala” – “İrəvan” oyununda xərəkdaşıyan uşaqların sayı ilə bağlı əsasnamənin tələbləri pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X