"Kəpəz"in anlaşdığı portuqaliyalı qapıçı İqor Rodrigesin transferinin rəsmən açıqlanması an məsələsidir. Xəbər veridiyimiz kimi, 28 yaşlı qolkiper artıq Gəncədədir.
Klubun sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, futbolçunun tibbi müayinəsinin cavabını gözləyirlər: "Bəli, Rodriges artıq buradadır. O, tibbi müayinədən keçib. Hazırda "çek-app"ın nəticəsini gözləyirik. Bundan sonra onunla münasibətlər rəsmiləşdiriləcək".
Bəs Gəncə klubunun digər legioner qapıçısı, qeyri-sabit çıxışı ilə diqqət çəkən Vladislav Vasilyuçekin taleyi necə olacaq: "Vladislavın müqaviləsi var, "Kəpəz"in oyunçusudur. Onunla yolumuza davam edəcəyik".
Qeyd edək ki, "Kəpəz"ə azad agent kimi keçəcəyi gözlənilən İqor Rodrigeslə mövsümün sonuna kimi müqavilə bağlanacağı gözlənilir. Portuqaliyalı qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı, həmçinin Portuqaliyanın “Şaviş”, “Eştoril”, “Sportinq Kovilya” klubunda və “Benfika”nın əvəzedici heyətində çıxış edib.
Mirağa