"Nyukasl" tarixi rekorda imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, "sağsağanlar" buna İngiltərə çempionatının 6-cı turunda "Şeffild Yunayted"i 8:0 hesabı ilə darmadağın edərək nail olub.
Belə ki, "Nyukasl"ın heyətində 8 qolu 8 fərqli oyunçu vurub. Bunlar Şon Lonqstaff, Den Börn, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Gimarayns və Aleksandr İsakdır. Beləliklə, "ağ-qaralar" İngiltərə Premyer Liqası tarixində səkkiz fərqli futbolçusu bir matçda (avtoqolları nəzərə almadan) qol vuran ilk komanda olub.
"Ağ-qaralar" həm də Premyer Liqada şəxsi rekordunu təkrarlayıb. Sözügedən komanda 1999-cu ildə "Şeffild Uensdey"i də eyni hesabla yenmişdi.
Qeyd edək ki, 6 tura 9 xal toplayan "Nyukasl" İPL-in turnir cədvəlində səkkizinci yerdə mövqe tutub. "Şeffild" isə 1 xalla sonuncudur.
Nihat