"Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Höyberq karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere della Sera" yayıb.
Xəbərə görə, onun xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin təmsilçisinin 28 yaşlı danimarkalını dopinq testi müsbət nəticələndiyi üçün cəzalandırılan Pol Poqbanın əvəzinə transfer etmək istədiyini vurğulayıb. "Qoca sinyora"nın digər variantının isə "Nitsa"nın futbolçusu Kefren Türam olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm Hotspur təmsilçisinin forması ilə 6 matça çıxan Höyberq məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat