Misli Premyer Liqasının 7-ci turunda "Qarabağ"ı sınağa çəkən "Qəbələ" məğlub olmaqla yanaşı, heyətdə itki ilə də üzləşdi. İsrailli legioner Gilad Abramov matçın 18-ci dəqiqəsində, hesab 0:2 olarkən zədələndi və erkən əvəzləndi. Eyni səbəbdən təxminən üç həftə komandaya kömək edə bilməyən yarımmüdafiəçinin son durumu necədir?
Bu barədə Fanat.Az-a məlumat verən "Qəbələ"nin mətbuat sözçüsü Asəf Zeynallını dinləyək:
"Abramov sabah MRT müayinəsindən keçəcək. Daha sonra vəziyyətinə aydınlıq gələcək. İndiki məqamda ancaq müayinənin nəticəsini gözləməliyik".
Qeyd edək ki, son turda "Qarabağ"a 1:2 uduzan "Qəbələ" 7 turdan sonra 4 xalla sonuncu pillədədir.
Mirağa