Topaz Premyer Liqasının 2013/14 mövsümündə 17 baş məşqçi fəaliyyət göstərib. Fanat.az xəbər verir ki, ən çox baş məşqçi dəyişən klub "Rəvan" olub.
Paytaxt klubu 4 baş məşqçiyə etibar edilsə də, Premyer Liqada qala bilməyib. Azərbaycan Kubokunun qalibi "Neftçi" 3 mütəxəssisə etibar edilib. "Xəzər Lənkəran" və AZAL-da sükan iki nəfərə tapşırılıb. "Qarabağ", "İnter", "Qəbələ", "Bakı", "Simurq" və "Sumqayıt" isə mövsümü bir baş məşqçi ilə başa vurub.
Qeyd edək ki, "Xəzər Lənkəran"dan Mustafa Dənizli, "Qəbələ"dən isə Yuri Syomin mövsüm başa çatan kimi istefa verib.
Rəvan: Ramil Əliyev, Vladislav Qədirov, Şahin Diniyev, Güvənc Kurtar.
Neftçi: Tərlan Əhmədov, Nazim Süleymanov, Böyükağa Hacıyev.
Xəzər Lənkəran: Con Toşak, Mustafa Dənizli.
AZAL: Vaqif Sadıqov, Tərlan Əhmədov.
Qarabağ: Qurban Qurbanov.
İnter: Kaxaber Tsxadadze.
Qəbələ: Yuri Syomin.
Bakı: Milinko Pantiç.
Simurq: Georgi Çixradze.
Sumqayıt: Aqil Məmmədov.
Fanat.az