"Aston Villa"nın futbolçuları "Castore" brendinin istehsalı olan formalardan şikayətləniblər.
Fanat.Az xəbər verir ki, məlumatı "Footmercato" yayıb.
Xəbərə görə, sözügedən İngltərə təmsilçisinin oyunçuları futbolkaların təri özünə yaxşı hopdurmadığını və bu üzdən meydanda ciddi narahatlıq yaşadıqlarını bildiriblər. Mənbə adını açıqlamadığı şəxsin bu barədə söylədiklərini də ictimaiyyətə çatdırıb:
"Oyunun ilk 10 dəqiqəsindən sonra futbolçular elə görünürlər ki, sanki hovuza tullanıblar. Yaş formada oynamaq ciddi problemdir. Mövsümün sonuna qədər belə davam etmək mümkün deyil. Problem həllini tapmalıdır".
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ilk 6 turunda 12 xal toplayan "Aston Villa" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Nihat