"Qəbələ" daha iki futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu dəfə bir yerli və bir əcnəbi futbolçu komandadan gedib.
Belə ki, Elmar Baxşıyevlə Abdulvahid Afolabinin "Qəbələ" karyerası bitib. 33 yaşlı Baxşıyev böyük ehtimalla karyerasını bitirəcək. 22 yaşlı Afolabinin səviyyəsi isə "Qəbələ"ni qane etmədiyi üçün yola salınıb.
2011-ci ildən "Qəbələ"nin formasını geyinən Elmar başa çatan mövsümdə rəsmi oyunlarda meydana çıxmayıb. Millimizin sabiq üzvü əvvəllər "Xəzər Universiteti", "İnter", "Xəzər Lənkəran" və "Neftçi"də çıxış edib. Nigeriyalı hücumçu Abdulvahid isə yayda "Kuban"dan transfer olunub. Premyer Liqadakı 22 oyunda 474, kubokdakı 4 matçda 125 dəqiqə oynayan futbolçu 2 qol vurub. O, çempionatda "Sumqayıt"ın, kubokda isə "Mil-Muğan"ın qapısına yol tapıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl David Petrkeviç, Dieqo Koşta, Lourival Assis, Yannik Kamanan, Omar Kalabane və Marat İzmayılovla yollarını ayırıb. Sonuncunun icarə müqaviləsi başa çatıb və "Portu"ya dönüb.
Fanat.az