Fransa yığmasının keçmiş futbolçusu Klod Makelele 2019-cu ildən çalışdığı “Çelsi”ni tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.
50 yaşlı Makelele London klubunun akademiyasına rəhbərlik edirdi.
“4 məhsuldar ildən sonra "Çelsi" ilə qarşılıqlı olaraq qərara gəldik ki, mənim üçün yeni bir çağırış axtarmağın vaxtı çatıb. Azarkeşlərə sevgilərinə görə təşəkkür etmək istəyirəm. Mavi hər zaman ürəyimin rəngi olaraq qalacaq”.
Makelele 2003-2008-ci illərdə "Çelsi"də futbolçu kimi çıxış edib, "zadəganlar"ın heyətində 200-dən çox oyun keçirib, iki dəfə İngiltərə çempionu olub, İngiltərə Kubokunu, Liqa Kubokunu (iki dəfə) və İngiltərə Super Kubokunu qazanıb.
Mirağa