"Simurq"dan ayrılan Ruslan Poladovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, təcrübəli müdafiəçi "Sumqayıt"a keçib.
34 yaşlı futbolçu gənclik şəhəri təmsilçisi ilə birillik müqavilə imzalayıb. Bununla da "Sumqayıt" 2014/15 mövsümü üçün ilk transferini həyata keçirib.
Qeyd edək ki, Sumqayıt futbol məktəbinin yetirməsi olan Poladov 2012-ci ildən "Simurq"da çıxış edirdi. Bu müddətdə 74 oyun keçirən müdafiəçi 4 qol vurub. "Xəzər" (Sumqayıt), "Gənclərbirliyi", "Rəvan", "Standard", "Xəzər Lənkəran" və "İnter"də çıxış edən Ruslan 2005-ci ildə milli komandada bir oyun keçirib.
Fanat.az