"Atletiko" Çempionlar Liqasının finalına ciddi itki ilə çıxacaq. Fanat.az xəbər verir ki, Arda Turan "Real"a qarşı oynamayacaq.
Hakimlər zədəsi olan türk futbolçunu hazır vəziyyətə gətirmək istəsə də, bu mümkün olmayıb. Bu səbəbdən Türkiyə yığmasının üzvü "18-liy"ə salınmayıb.
Qeyd edək ki, Arda bu mövsüm 46 oyunda "Atletiko"nun formasını geyinib və 9 qol vurub.
Fanat.az