Təcrübəli alman müdafiəçi Jerom Boatenq "Bayern Münhen"ə qayıtmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Deutschland" yayıb.
Mənbənin məlumatına görə, tərəflər artıq əməkdaşlığın detalları barədə razılığa gəliblər.
Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu tibbi müayinənin ilk yarısını artıq keçib. Boatenqin Bundesliqa çempionu ilə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Jerom 2011-2021-ci illərdə “Bayern”də çıxış edib. O, Münhen komandasının tərkibində 25 kubok qazanıb. Bundan sonra Boatenq iki mövsüm Fransa "Lion"unda keçirib. O, hazırda azad agentdir.
Mirağa