"Bayern Münhen"də çıxış edən hücumameyilli yarımmüdafiəçi Leroy Sane Almaniya çempionatının VI turunun "RB Leypsiq"lə oyununda (2:2) fərqlənib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, o, bu görüşdə rekord sayda driblingə imza atıb.
Leroy on belə uğurlu fint edib. Bu Almaniya çempionatının cari mövsümünün rekordudur. Cari Bundesliqada Sane altı oyun keçirib və beş qol vurub.
Altı turun nəticələrinə əsasən, "Bayern" 14 xal toplayıb və lider "Bayer"dən iki xal geri qalaraq, turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Mirağa