Misli Premyer Liqasının 8-ci turu çərçivəsində debütant "Araz Naxçıvan" dünən "Dalğa Arena"da "Zirə"ni qəbul edib. Görüş naminal ev sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb. Bu mövsüm oyunu ilə adından söz söz etdirən "qırmızı-ağlar"ın yarımmüdafiəçisi Vadim Abdullayev görüş barədə fikirlərini bildirib.
"6 nömrə"nin Fanat.Az-a açıqlaması belə olub:
"Çox emosional və dramatik oyun oldu. Bu oyun bizim üçün çox vacib idi. Bundan öncə "Səbail"ə məğlub olmuşduq. Hansı ki məncə, uduzmağı haqq etmirdik. "Zirə" ilə oyunda qələbə qazanmaq istəyirdik və şükür Allaha ki, bunu bacardıq.
Hamı məşqçinin tapşırıqlarını həvəslə yerinə yetirməyə çalışır. Meydanda bir-birimizi sığortalamalıyıq. Bütün oyunlardan əvvəl bunu etməli olduğumuzu deyirik. Əsas bu birliyi qorumalıyıq. Belədə nəticələrimiz də davamlı olacaq".
Qeyd edək ki, "Araz-Naxçıvan" 8 turdan sonra 4-cü yerdə qərarlaşıb.
Nahid Məmmədov