"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi, hazırda "Sky Sports"un eksperti qismində fəaliyyət göstərən Qari Nevill "Liverpul"un bu mövsüm çempion ola bilməyəcəyini deyib.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:
"Mersisaydlılar müəyyən mənada döyüşməyi bacarırlar. Kloppun komandaları həmişə belədir. Amma düşünmürəm ki, onlar titul uğrunda sonadək mübarizə apara biləcəklər. Hə, ötən mövsümlə müqayisədə indi "Liverpul"un yarımmüdafiə xətti daha yaxşı olub. Amma fikrimcə, mövsümün gedişində problemlər yaşayacaqlar. Çünki komandanın əsl dayaq yarımmüdafiəçisi yoxdur. Nunyes, Qakpo, Dias, Salah, Jota və Qravenberx kimi oyunçularla nəyisə mükəmməlləşdirməyə başlasalar, gələn mövsüm üçün möhkəm komanda qura bilərlər".
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem"ə 1:2 hesabı ilə uduzan "Liverpul" hazırda 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Nihat