Almaniya millisinin sabiq futbolçusu Lotar Mateus "Bayern Münhen"in bu yay heyətinə cəlb etdiyi Kim Min Cedən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Germany" onun dediklərini belə çatdırıb:
"Kim hələ bizim ümid etdiyimiz səviyyədə hazır deyil. O, "Bayern"in inamsızlığının sübutudur. Min Ce öncə Bundesliqaya uyğunlaşmalıdır. Ona qarşı deyiləm, ancaq ümidləri doğrultmaması faktdır. İtaliyadakı oyununu tərifləsələr də, burada özünü göstərməyi bacarmır".
Qeyd edək ki, "Napoli"dən alınan cənubi koreyalı cari mövsüm Bundesliqada 6 oyuna çıxıb.
Nihat