Milan "İnter"inin baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün "Benfika"ya qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "qara-göylər"in çalışdırıcısının dediklərini "la Repubblica" belə çatdırıb:
"Ağır oyun olacaq. Yüksək tempdə oynayan rəqiblə qarşılaşacağıq. Onlar da "İnter" kimi öz liqalarında yalnız bir qarşılaşmada qələbə qazana bilməyiblər. Heyətlərində xeyli sayda dəyişiklik var. Yeni qapıçı, iki müxtəlif yarımmüdafiəçi ilə gücləniblər. Həm də unutmayaq ki, Di Mariya bu komandanın formasını geyinir. Rəqib mərkəz hücumçusunu dəyişib, amma oyun üslubuna sadiq qalıb. İntensiv futbol sərgiləməliyik. Bu da məlumdur ki, qonaqlar UEFA-nın tətbiq etdiyi sanksiya səbəbindən İtaliyaya azarkeşsiz gələcəklər".
Nihat