"Çelsi"nin futbolçusu Ben Çiluell uzun müddət komandasına kömək edə bilməyəcək.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi İngiltərə Liqa Kubokunda "Brayton"a qarşı keçirdikləri matçda (1:0) zədələnərək sıradan çıxıb.
Bud nahiyəsindən ciddi xəsarət alan İngiltərə millisinin üzvü iki ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxaraq bir məhsuldar ötürmə müəllifi olub.