"Benfika" klubu ulduzu Anxel Di Marianı uzun müddətə itirmək riski ilə üzləşib.
Fanat.Az xəbər verir ki, "İnter" - "Benfika" matçı Portuqaliya klubunun liderinin zədələnməsi ilə yadda qalıb.
"Qartallar"ın məşqçisi Robert Şmidt "Tutto Mercato Web"ə açıqlamasında azarkeşləri panikaya düşməməyə çağırıb: “Anxel zədələnib, ayağında ağrı var. Bəli, bu pisdir, amma hələ dəqiq heç nə bilmirik. Ola bilsin ki, sadəcə əzələ zədəsidir”.
Qeyd edək ki, Di Maria yayda "Benfika"ya keçib.
Mirağa