12:17 04.10.2023 406

“Qəhrəman yox, xoşbəxtəm…” - “Araz-Naxçıvan”ın legioneri

Misli Premyer Liqasının 8-ci turunda “Zirə”ni qəbul edən “Araz-Naxçıvan” minimalhesablı qələbə qazanmaqla həm xal ehtiyatını artırmış oldu, həm də turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaqla liderlə xal fərqini 3-ə endirdi.

Fanat.Az xəbər verir ki, matçın taleyini həll edən yeganə qolun müəllifi Nuno Rodriqesin klubun rəsmi saytına müsahibəsini diqqətinizə çatdırırıq:

- “Zirə” ilə oyundan sonra özünü necə hiss edirsən?
- Açığı, oyun çox gərgin keçdi. Bunu gözləyirdik. Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığımızı da buna uyğun görmüşdük. Bu komandanın oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən yenildiyimiz “Səbail”lə matçdan sonar mütləq qələbə qazanmaq lazımdı. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq. İqorun qırmızı almasına üzüldüm.

- Özünü oyunun qəhrəmanı hesab edirsən?
- Elə deməzdim. Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər gör neçə futbolçumuz əziyyət çəkdi. Abdulla cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki komandamın qələbə qazanmasına kömək edə bildim, liqada ilk qolumu vurdum. Komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz.

- Birinci dövrənin yekunlaşmasına cəmi bir tur qalıb. “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsən?
- Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri analiz etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır.

- Dövrəyə “Sabah”la matçla yekun vurulacaq. Ötən mövsümün gümüş medalçısı ilə görüşdən gözləntin nədir?
- İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu  dəfə də 3 xal qazanmaq üçün səfərə çıxacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalla yollanaq.

- Premyer Liqa haqda nə deyə bilərsən? Gözlədiyindən daha maraqlı keçir, yoxsa təxmin etdiyin kimi davam edir?
- Misli Premyer Liqasının öz özəlliyi var. Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici bir liqadır. Sadəcə,buradakı komandaların oyun üslubu başqadır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X