"Baş məşqçimiz Xavi məni daha yaxşı səviyyəyə çatdırmaq istəyir. Bu barədə tez-tez danışırıq".
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın gənc futbolçusu Qavi deyib.
19 yaşlı oyunçu meydanda aqressiv görünməsi ilə bağlı tənqidlərə münasibət bildirib: "Hərdən oyunlara sonradan baxır və düşünürəm: "Lənət şeytana, niyə belə etmişəm axı?" Amma daha çox anam üzülür. Oyunlar zamanı dava-dalaşa qoşuluramsa, məni çox sərt şəkildə danlayır. Hərçənd mən özümü sonadək mübarizə aparan futbolçu sayıram və heç vaxt bu keyfiyyətimi itirməyəcəm. "Barselona" üçün bacardığımı etməyə hazıram".
Qeyd edək ki, bu mövsüm 8 La Liqa matçına çıxan Qavi aqressiv davranışlarına görə 3 sarı vərəqə alıb.
Nihat