FİFA Rusiya futboluna tətbiq edilmiş sanksiyanı yüngülləşdirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.
Xəbərə görə, Rusiyanın U-17 millisi seçmə mərhələni uğurla başa vuracağı halda, dünya çempionatına qatıla bilər.
Xatırladaq ki, daha öncə UEFA sözügedən ölkənin aşağı yaş qrupları üzrə yığmalarının beynəlxalq yarışlarda iştirakına icazə vermişdi. Qitə futbol qurumu bu qərarını böyüklərin törətdikləri əməllərə görə uşaqların cavab verməli olmadıqları ilə əsaslandırmışdı.
Nihat