Samir Zərgərovla müqavilə bağlayan "Simurq" daha bir transferi reallaşdırmağa hazırlaşır. Fanat.az xəbər verir ki, Zaqatala klubu Ayaz Mehdiyevi heyətinə qatır.
21 yaşlı yarımmüdafiəçi ilə artıq razılıq əldə olunub. Heç bir problem çıxmasa, rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, "Sumqayıt"ın yetirməsi olan Ayaz son iki mövsümdə "Rəvan"ın formasını geyinib. O, başa çatan mövsümdə 21 oyuna çıxıb və 1436 dəqiqə oynayıb.
Fanat.az