UEFA rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasının 2-ci turunda ən yaxşı qol mükafatına namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, seçilən qollar aşağıdakılardır:
"Real"ın yarımmüdafiəçisi Cud Bellingemin "Napoli" ilə səfər matçının 34-cü dəqiqəsində vurduğu qol.
"Mançester Siti"nin forvardı Xulian Alvaresin "Leyptsiq"lə səfər oyununun (3:1) 84-cü dəqiqəsində vurduğu qol.
"Baraqa"nın vingeri Brumanın "Union Berlin"lə səfər matçının (3:2) 51-ci dəqiqəsində vurduğu qol.
"Nyukasl"ın müdafiəçisi Fabian Şerin Evdə PSJ-ni damadağın etdikləri görüşün (4:1) 90-cı dəqiqəsində vurduğu qol.
Nihat