Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Nyukasl”la qarşılaşan Fransa PSJ-si 1:4 hesablı məğlubiyyətlə üzləşib.
Fanat.Az xəbər verir ki, "Lequipe" Paris nəhənginin futbolçularının çıxışını qiymətləndiriblər.
Maraqlıdır ki, ən aşağı xalı hücumçular Kilian Mbappe və Randal Kolo-Muani, eləcə də müdafiəçi Markinyos alıb. Onlara on xallıq şkala üzrə "2" verilib.
Yarımmüdafiəçi Uorren Zair-Emeri Fransa çempionunun heyətində ən yüksək reytinqi alıb.
PSJ ÇL-də iki turdan sonra üç xal toplayıb və F qrupunda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mirağa