İsveçin "Hekken" komandasının müdafiəçisi Yuhan Hammar Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində bu gün "Qarabağ"a qarşı keçirəcəkləri matç ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Avropa Liqasının himnini "Ullevi"də eşitmək çox xoş olacaq. Bizi güclü rəqibə qarşı əla oyun gözləyir. Bacardıqlarımızı meydanda həyata keçirə bilsək, böyük ehtimalla, qalib gələcəyik".
Qeyd edək ki, "Hekken" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
Nihat