"Nottingem Forest" "Çelsi"yə təzminat ödəmək məcburiyyətində qala bilər.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, Uest Bricford təmsilçisi "zadəganlar"dan bir mövsümlük icarəyə götürdüyü Andrey Santosu oynatmamağa davam edəcəyi halda, ziyana düşəcək.
Xəbərə görə, braziliyalının icarə müqaviləsinə bu barədə xüsusi bənd salınıb. Eləcə də "Çelsi" Santosu gələn ilin yanvarında geri qaytarmaq hüququna sahibdir.
Qeyd edək ki, Santos "Çelsi"yə bu ilin qışında "Vasko da Qama"dan transfer olunub. "Sambaçı" cari mövsüm "Nottingem" forması ilə cəmi 1 oyuna çıxıb. O, İngiltərə Liqa Kuboku çərçivəsində "Börnli"yə qarşı (0:1) oynayıb. Cənubi amerikalının London təmsilçisi ilə müqviləsinin müddəti 2030-cu ildə başa çatacaq.
Nihat