"Çelsi"nin müdafiəçisi Bencamin Çiluell İngiltərə Liqa Kuboku çərçivəsində keçirilən oyunda - "Brayton"la matçda (1:0) aldığı yeni zədədən danışıb.
Fanat.Az xəbər verir ki, bud əzələləri zədələndiyi üçün təxminən iki ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşən arxa xətt oyunçusu fikirlərini "zadəganlar"ın rəsmi saytına bölüşüb:
"Qara zolaq" davam edir. Çox üzgünəm. İndi komandamı yalnız kənardan dəstəkləyə bilərəm. Yüksəliş və eniş... Nə etmək olar, həyat belədir. "Çelsi"nin haqq etdiyi yerə olduğu anı görmək istəyirəm. Azarkeşlərimizə isti münasibətə görə təşəkkür edirəm".
Çiluell 2020-ci ildən "Çelsi"də top qovur. Bu mövsüm "göylər"in forması ilə bütün turnirlərdə 7 oyuna çıxan İngiltərə millisinin üzvü 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə olan müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat