İngiltərə Premyer Liqası rəsmi saytı vasitəsi ilə sentyabrın ən yaxşı oyunçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bütün namizədlər ötən ay yerli çempionatda hərəyə azı 3 məhsuldar göstərici ilə yadda qalan futboçulardır:
Məhəmməd Salah (“Liverpul”) – iki qol və iki məhsuldar ötürmə;
Xulian Alvares ("Mançester Siti") – iki qol və iki məhsuldar ötürmə;
Olli Uotkins ("Aston Villa") – dörd qol və bir məhsuldar ötürmə;
Son Hın Min (“Tottenhem”) – altı qol;
Pedru Netu (“Vulverhempton”) – bir qol və üç məhsuldar ötürmə;
Kiran Trippyer ("Nyukasl") – dörd məhsuldar ötürmə;
Carrod Bouen (“Vest Hem”) – üç qol.
Ayın ən yaxşı oyunçusu azarkeşlərin və ekspertlərin səsverməsi əsasında seçiləcək.
Nihat