Dortmund "Borussiya"sı qapıçı Qreqor Kobel ilə bağlı atdığı addımı ictimaiyyətə açıqlayıb.
Fanat.Az Almaniya nəhənginin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qolkiperlə yeni müqavilə imzalanıb.
Kobel müddəti 2028-ci ilin yayına qədər olan anlaşmaya qol çəkib.
İsveçrəli futbolçu 2021-ci ilin yayından "Borussiya"nın formasını geyinir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulmuşdu.
Nihat