"Yuventus" klubu hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr"də çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronalduya olan borcunu ödəmək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mənbənin məlumatına görə, turinlilər futbolçunun iddiası ilə arbitrajda razılaşmayıblar.
İtaliya Futbol Federasiyasının (FIGC) arbitraj şurasının dinləmələrində klub nümayəndələri bildiriblər ki, Ronaldu rəsmiləşdirilməmiş ödənişləri tələb edə bilməz. Yekun hökmün bir ay ərzində veriləcəyi gözlənilir.
Futbolçunun qarşılıqlı razılaşma əsasında pandemiya zamanı dondurulmuş və ödənilməmiş 20 milyon avroya yaxın pulu almaq istədiyi bildirilir.
38 yaşlı Ronaldu 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib və burada 134 matçda 101 qol vurub və 22 məhsuldar ötürmə edib.
Mirağa