"Vest Hem" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Frayburq"u 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, almanlar üzərində qələbə əlamətdar olub.
Londonlular İngiltərə futbolunun tarixinə düşüblər. "Çəkicdöyənlər" avrokuboklarda ardıcıl ən çox məğlubiyyətsiz oyun keçirən İngiltərə komandası kimi rekorda imza atıblar.
David Moyesin komandası on yeddi oyundur ki, uduzmur.
“Vest Hem” sonuncu dəfə 2022-ci ildə “Bayer Leverkuzen”lə matçda məğlub olub.
Mirağa