Dünən Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Hekken"in qonağı olan "Qarabağ" 3 xalı 1 qolla qazanaraq yerli futbolsevərlərin üzünü güldürdü. Ağdam təmsilçisi H qrupundakı ikinci matçında İsveç komandasını digər göstəricilərdə də üstələdi.
Fanat.Az Höteborqdakı qarşılaşmanın statistik göstəricilərini təqdim edir:
"Hekken" - "Qarabağ"
Qollar: 0-1
Qapıya (çərçivəyə) zərbə: 8 (1) – 15 (2)
Künc zərbələri: 4-7
Topa sahibolma: 44% – 56%
Ötürmələrin dəqiqliyi: 81% – 84%
Oyundankənar vəziyyətlər: 1-2
Sarı vərəqələr: 1-2
Qırmızı vərəqələr: 0-0
Qayda pozuntuları: 12-9