Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şenol Günəş istefa verib. 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. O, rəhbərliklə görüşərək, getmək istədiyini çatdırıb. Onun müraciəti müsbət cavablandırılıb.
Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxasına" keçmişdi.