"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçin qış transfer pəncərəsində komandanı tərk edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano italiyalı mütəxəssisin açıqlamasını sosial şəbəkə hesabında paylaşıb:
"Modriç yanvarda "Real Madrid"i tərk edə bilərmi? Yox! Heç bir şansı yoxdur. O, ayrılmaq istəmir. O, özünü "Real" üçün vacib oyunçu hesab edir və biz də eyni fikirdəyik. Biz onu komandada saxlamaqdan xoşbəxtik”.
"Real" növbəti matçını şənbə günü, oktyabrın 7-də keçirəcək. Karlo Ançelottinin komandası İspaniya çempionatının 9-cu turu çərçivəsində "Osasuna"nın qonağı olacaq.
Luka Modriç 2012-ci il avqustun sonundan "Real Madrid"də çıxış edir.
Mirağa