Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su ötən gün Avropa Konfrans Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Kosovo klubu “Ballkani”yə səfərdə 0:2 hesabı ilə məğlub olub.
Emreli də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb və 80-ci dəqiqədə sarı vərəqə alıb.
Paytaxt klubunun azarkeşləri bu yenilgini "biabırçı" adlandırıblar. Hətta xorvat tərəfdarlar arasında "Hansı oyunçular "Dinamo"da yer almağa layiq deyil" sorğusu keçiriblər. "Dinamo" azarkeşlərinin komandalarında görmək istəmədikləri futbolçuların sıralamasında Mahir 7-ci olub. Sorğuda iştirak edənlərin 40 faizi onun "Dinamo"da oynamağa layiq olmadığını bildiriblər.
Boqdan Mixayliçenko ən çox səs toplayıb. Azarkeşlərin 75 faizi onun “Dinamo”da yeri olmadığını düşünür. 61 faizlə Boşko Şutalo getməyə layiq 2-ci, 55 faizlə İvan Nevistiç 3-cü, 52 faizlə Takuro Kaneko və 50 faiz səslə Sandro Kulenoviç 5-ci olub.
“Dinamo” hazırda 3 xalla qrup üçüncüsüdür.
Mirağa