UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada Madrid “Atletiko”sunun hücumçusu Alvaro Morata layiq görülüb.
O, doğma meydanda “Feyenoord”u (Niderland) 3:2 hesabıyla yendikləri matçda dubla imza atmışdı.
Həftənin ən yaxşı oyunçusu adına Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Cud Bellingem (“Real”, İspaniya) və Bruma (“Braqa”, Portuqaliya) da namizəd idi.