"Yuventus" 2022/23 mövsümü üçün maliyyə hesabatı açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında hesabat dərc olunub.
Turin klubu məlumatda maliyyə ilinin sonunda 123,7 milyon avro zərər gördüyünü bildirib.
Hesabatda həmçinin qeyd olunub ki, İtaliya və beynəlxalq məhkəmə araşdırmalarının nəticələri maliyyə ili üçün gəlir və xərclərə mənfi təsir göstərib.
"Yubentus" nizamnamə kapitalını 200 milyon avro artıracağını bildirib. Bu məbləğin 63,8 faizini (128 milyon avro) "Exor" (“Yuventus”un əsas səhmdarı), qalanını isə digər səhmdarlar ödəməlidir.
Bu, Turin klubunda 2019-cu ildə 300 milyon avro və 2021-ci ildə 400 milyon avroluq artımdan sonra son 5 ildəki üçüncü kapital artımıdır.
Mirağa