İspaniya "Betis"inin yarımmüdafiəçisi Assane Diayo İngiltərə Premyer Liqasında çıxış etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçunun xidmətində "Liverpul" maraqlıdır. Mersisaydlıların baş məşqçisi Yurgen Klopp şəxsən bütün diqqətini perspektivli oyunçu ilə müqavilə bağlamağa yönəldib. Müqavilə üzrə danışıqlar yay transfer pəncərəsində tamamlana bilər.
Assane 2027-ci ilin iyun ayının sonuna qədər müddətə "Betis"ə məxsusdur. "Transfermarkt" onun dəyərini 200 min avro qiymətləndirir.
Mirağa